Şəhid Rəşad Qasımov Cəlilabadda dəfn edilib

14 Sentyabr 2022 17:28

Ermənistanın törətdiyi təxribatlar nəticəsində şəhid olan Rəşad Qasımov dəfn edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, əvvəlcə Cəlilabad rayonunun Alar kənd sakini, 2003-cü il təvəllüdlü əsgər Rəşad Qasımovun nəşi doğulduğu kəndə gətirilib.

Onunla doğulduğu evdə vida mərasimi keçirilib.

Daha sonra şəhid doğulduğu kənddə torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid R. Qasımov subay idi.

Milli.Az