“Ermənilər ağıllanmır, ağıllanmayacaqlar” - Alişan

14 Sentyabr 2022 16:08

Türk müğənni Alişan da Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatla bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesablarında məlumat yayıb:

"Can Azərbaycan. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ağıllanmırlar və ağıllanmayacaqlar (erməniləri nəzərdə tutur- red). Sülhü və atəşkəsi fürsət bilib yenə şərəfsizcə hücum ediblər. Artıqlaması ilə cavab verilir, veriləcək də".

Milli.Az