Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədov dəfn olunub.
Milli.Az xəbər verir ki, onun nəşi Yasamal rayonu ərazisində yerləşən II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyəti rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Milli.Az