Banqkokda hərbi şəhərcikdə atışma: Ölən var

14 Sentyabr 2022 16:16

Tailandın paytaxtı Banqkokda yerləşən hərbi şəhərcikdə atışma baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ilkin məlumata görə, atışma zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Polisin məlumatına görə zərərçəkənlərin hamısı hərbçidir. Hadisəni törətmiş şəxs saxlanılıb. Onun müddətli hərbi qulluqçu olduğu bildirilir.

Milli.Az