Ermənistanda “TikTok” bloklandı

14 Sentyabr 2022 07:52

Dünəndən etibarən Ermənistanda TikTok qismən bloklanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Ermənistanın informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan məlumat verib.

O bildirib ki, TikTok informasiya mənbəyi kimi qəbul edilə bilməz, çünki onun üzərindən nəzarətsiz trafik axır.

"Trafikinizi VPN vasitəsilə şifrələsəniz, şəbəkəyə daxil ola bilərsiniz", - Martirosyan bildirib.

Milli.Az