KTMT-nin baş katibinin Ermənistan-Azərbaycan sərhədinə getməsi təklif edilir

13 Sentyabr 2022 23:22

KTMT təşkilatın baş katibi Stanislav Zası Ermənistan və Azərbaycan sərhədinə göndərməyə hazırlaşır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, KTMT baş katibinin münaqişə zonasına getməsi təşkilata üzv ölkələrin rəhbərlərinə ətraflı hesabatın hazırlanması üçün təklif edilib.

Bundan əlavə, vəziyyəti təhlil etmək üçün işçi qrupu yaradılacaq.

Milli.Az