“Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq” - Çavuşoğlu

13 Sentyabr 2022 22:29

"Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda həyatını itirən Azərbaycan ordusunun qəhrəman şəhidlərinə rəhmət, yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı verirəm".

Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb.

O, qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.

Milli.Az