Şəhid kapitan Fərid Mehbalıyev İkinci Fəxri Xiyabanda dəfn olunub

13 Sentyabr 2022 22:27

Azərbaycan Ordusunun erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu dəfn olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) 28 yaşlı kapitanı Fərid Mehbalıyev Yasamal rayonu ərazisində yerləşən İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

Milli.Az