Ermənistan Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşviliyə zəng edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan Baş nazir İrakli Qaribaşvili ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.
İrakli Qaribaşvili Nikol Paşinyana regionda sülhün və sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, Gürcüstanın bu istiqamətdə öz töhfəsini vermək üçün əlindən gələni edəcəyini qeyd edib.
Milli.Az