Van Dammın pianoçu gəlini Şuşada - FOTO

13 Sentyabr 2022 15:56

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferin pianoçu həyat yoldaşı Suada Hacızadə Şuşaya yollanıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, musiqiçi sosial şəbəkə hesabında Şuşada çəkdirdiyi fotolarını paylaşıb.

Suada həyat yoldaşı Kristoferin onunla birlikdə gələ bilməməsinə münasibət bildirib:

"Dumanlı dağlardan keçərək, yağışın altında gəzmək, iki avtobus dolu insan - biz bunu etdik.

Bu şəkillərdə gördüyünüz insanlar dünyanın bir sıra xarici ölkələrində yaşayan azərbaycanlılardır. Təəssüf ki həyat yoldaşım Kristofer səyahətdən bir gün əvvəl ABŞ-a uçdu.

Lakin biz Şuşaya birlikdə dəvət edilmişdik".

Xatırladaq ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.

Milli.Az