Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var

13 Sentyabr 2022 09:30

Bakıda ağır yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1962-ci il təvəllüdlü Əhmədov Fəxrəddin Əhməd oğlu və 1962-ci il təvəllüdlü Abdullayev İlqar Ənvər oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az