Əfqanıstandan İrana uçan təyyarəni ələ keçirməyə cəhd olundu
11 May 2010 18:14
"Press TV" xəbər verir ki, uçuş zamanı sərnişinlərdən biri bıçaqla pilotu hədələyərək, təyyarəni girov götürməyə çalışsa da, buna nail olmayıb. Hadisə təyyarə Qəndəharda aralıq enişi edən zaman baş verib. Lakin silahlı şəxs təhlükəsizlik xidmətinin əməkdaşları və təyyarədəki digər sərnişinlər tərəfindən zərərsizləşdirilib.
İlkin məlumata görə, o, Əfqanıstan ordusunun əsgəridir. Hazırda o, Əfqanıstanın hüquq-mühafizə orqanları tərəfindən dindirilir.
Milli.Az