Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

13 Sentyabr 2022 21:47

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.

Bununla bağlı nazirlik tviterdə paylaşım edib.

Paylaşımda deyilir: "Ermənistanla sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı və səbr diləyirik".

Milli.Az