Hollivud ulduzu aktrisa Marşa Hant vəfat edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, amerikalı 104 yaşlı aktrisa Kaliforniyadakı evində təbii səbəblərdən dünyasını dəyişib.
Qeyd edək ki, siyasi fikirlərinə görə Hollivudun qara siyahısına düşən aktrisa 60-dan çox filmdə rol alıb. O, "Alatoranlıq zonası", "Qətli o yazdı", "Ulduz yolu", "Bu qlamur qızlar", "Qürur və qərəz", "Güzəştsiz" kimi məşhur layihələrdə çəkilib.
Milli.Az