Daha 6 gəminin Ukraynadan çıxışına icazə verilib

13 Sentyabr 2022 08:52

İstanbuldakı Birgə Koordinasiya Mərkəzi Ukrayna limanlarından ərzaq yüklü daha 6 gəminin çıxışına icazə verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Birgə Koordinasiya Mərkəzi məlumat yayıb. Gəmilərin ümumi yükü 213 243 tondur. Onlar Türkiyə, İsrail və İspaniyaya günəbaxan yağı, taxıl və qarğıdalı daşıyır.

Sentyabrın 12-nə olan məlumata görə, indiyədək Ukraynadan 122 gəmi ilə 2 721 168 ton ərzaq daşınıb.

Milli.Az