Bakıda 92 yaşlı kişini avtomobil vurub

13 Sentyabr 2022 08:38

Bakıda 92 yaşlı kişini avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1930-cu il təvəllüdlü Qəhrəmanov Pirverdi Mustafa oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az