Kanadada atışma zamanı 3 nəfər ölüb

13 Sentyabr 2022 07:25

Kanadanın Toronto şəhərində ticarət mərkəzi yaxınlığında atışma baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində biri polis olmaqla 3 nəfər həlak olub.

Hadisəni törədən şəxs hadisə yerindən uzaqlaşmağa nail olub. Polis onu bir neçə kilometr aralıda daha bir atışma törətmək istəyərkən saxlayıb.

Milli.Az