Xəzərdə zəlzələ olub

13 Sentyabr 2022 07:05

Sentyabrın 13-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a bildirilib ki, yerli vaxtla saat 04:58-də qeydə alınan zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3.5-ə bərabər olub.

Milli.Az