Ukrayna ordusu Donetsk vilayətində irəliləməyə başlayıb - FOTO

12 Sentyabr 2022 23:16

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində aktiv əks-hücum əməliyyatlarını davam etdirirlər.

Milli.Az "report"a istinadən bildirir ki,  bu barədə "RBC-Ukrayna" xəbər verib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində uğurlu hücumdan sonra Donetsk vilayətində tədricən irəliləməyə başlayıb. Bölgənin şimal-qərb hissəsində hücum həyata keçirilib, Donetsk vilayətinin Svyataqorsk şəhəri artıq nəzarətə götürülüb.

Bildirilib ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Borovaya kəndi yaxınlığında geri çəkilməyə başlayıblar.

Milli.Az