Ölkədə vəziyyət kritikdir - Dodondan böhran AÇIQLAMASI

12 Sentyabr 2022 21:14

Moldovanın eks-prezidenti İqor Dodon qazın bahalaşması ilə bağlı respublikadakı vəziyyəti kritik adlandırıb.

Milli.Az xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində bildirib.

"İki il əvvəl Prezident Maia Sandu və onun Fəaliyyət və Həmrəylik Partiyası (PDS) xalqa "yaxşı zamanların gələcəyini" vəd etdi. Əslində, onlar son iki onilliyin ən pisi oldu: avqustda illik inflyasiya 34,3 faizə çatıb ki, bu da Avropada ən yüksək göstəricidir", - Dodon bildirib.

Sabiq prezident qeyd edib ki, ərzaq 38,4 faiz, qaz isə 5 dəfədən çox bahalaşıb.

Moldovada enerji böhranı fonunda pulunu vaxtında ödəyə bilməyən istehlakçıların qazını kəsməyə başlayıblar. Avqustun əvvəlindən borcu 4 milyon leyi (200 min dollardan çox) keçən 700-dən çox istehlak məntəqəsi bağlanıb.

Eyni zamanda, Moldova hakimiyyəti sakinlərə qaz xərclərini kompensasiya edəcəyinə söz verib. Qeyd olunur ki, kompensasiya qismən olacaq və Qərb qrantları hesabına həyata keçiriləcək. (publika.az)

Milli.Az