CNN Türk: “Azərbaycan “Eurovision”un qalibi olacaq”
11 May 2010 18:08
Milli.Az xəbər portalı CNN Türk-ə istinadən xəbər verir ki, Almaniyanın təmsilçisi Lena Meyer-Landrut Səfurənin əsas rəqibi sayılır. Sonrakı şansılı ölkələr isə İsrail, Danimarka və Ermənistandır.
Telekanalın məlumatına görə, Azərbaycanın müsabiqənin qalibi olacağı ilə bağlı hamı həmfikirdir: "Ötən il norveçli Aleksandr Rıbak favorit göstərilirdi və müsabiqənin sonunda birinciliyi qazandı. "Eurovision-2010"-da Azərbaycan təmsilçisinin qalib gələcəyini indidən söyləmək mümkündür".
"CNN Türk" Səfurə Əlizadə barəsində yayılan şayiələrə də toxunub: "Rusiyadan yayılan iddialara görə, Azərbaycan müsabiqədə qələbəni təmin etmək üçün əlini cibinə salıb. Təbii ki, bu iddialar əsaslandırıla bilmir. Amma Rusiya təmsilçisi Diman Bilanın qalib gəldiyi müsabiqədə də bənzər iddialarla Rusiya günahlandırılmışdı".
Milli.Az