Azərbaycan xüsusi təyinatlıları Türkiyədə “Sonsuz qardaşlıq-1” təlimində iştirak edir

12 Sentyabr 2022 14:40

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Ankara şəhərində keçirilən "Sonsuz qardaşlıq-1" xüsusi təyinatlı qüvvələr təlimində iştirak edir.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, müxtəlif ölkələrdən hərbi qulluqçuların cəlb olunduğu təlim cari ilin sentyabr ayının 22-dək davam edəcək.

Milli.Az