"Ancaq valideynlər sevinir" - FOTO

12 Sentyabr 2022 15:32

Xalq artisti Miri Yusif ailəsi ilə yeni fotosunu yayımlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni övladlarının yeni tədris ilinə başladığını vurğulayıb. Şəkildə sənətçinin xanımı Nərgiz, iki oğlu və qızı yer alıb.

Uşaqları Türkiyədə İzmirdə dərsə gedən Miri Yusif fotoya "Ancaq valideynlər sevinir. Hamınızı təbrik edirik. Yolları açıq olsun" sözlərini yazıb.

Qeyd edək ki, ifaçının iki oğul, bir qız övladı var. Miri Yusif artıq bir neçə ildir ki, ailəsi ilə birlikdə Türkiyədə yaşayır.

Milli.Az