İnternet olmadan tətbiqləri necə paylaşmaq olar? - FOTO

12 Sentyabr 2022 15:00

Milli.Az Trend-ə istinadən bildirir ki, "Play Market" tətbiqindən istifadə edərək internet olmadan da tətbiqləri paylaşmaq mümkündür. Bunun üçün nə etməliyik?

1. İlk öncə "Play Market"i açın və yuxarı sağ küncdəki profilinizə daxil olun.

2. "Tətbiqlər və cihazı idarə edin" xanasını seçin.

3. Ekranın aşağı hissəsində "Göndərin" seçiminə toxunun.

4. Daha sonra "göndərmək istədiyiniz" tətbiqə toxunun.

5. İndi "Qəbuledici seçin" xanasına toxunun.

6. Göndərmək istədiyiniz cihazı seçin.

Digər telefonda da eyni zamanda qeyd olunan məlumatları icra edin.

1. "Play Market"i açın və yuxarı sağ küncdəki profilinizə daxil olun.

2. "Tətbiqlər və cihazı idarə edin" xanasını seçin.

3. Ekranın aşağı hissəsində "Qəbul edin" seçiminə toxunun.

4. Daha sonra cihazı əlaqələndirin.

5. İndi "Qəbul edin" xanasına toxunun.

Beləliklə siz bir telefondan digər telefona internet olmadan tətbiq göndərə biləcəksiz.

Milli.Az