Azad olunan ərazilərdə daha 69 mina aşkarlanıb

12 Sentyabr 2022 13:45

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb.

ANAMA-dan Milli.Az-a bildirilib ki, sentyabrın 5-dən sentyabrın 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 49 piyada əleyhinə mina, 20 tank əleyhinə mina və 120 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 457 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Milli.Az