60 milyon avroluq səhv

12 Sentyabr 2022 18:52

Fransız enerji şirkəti elektrik enerjisini səhvən 60 milyon avroya satıb.

Milli.Az bildirir ki, bu barədə "Financial Times" xəbər verir.

"Electricite de Strasbourg" 6 və 7 sentyabr tarixlərində baş tutan iki əməliyyatda 7 GVt-dan çox elektrik enerjisi satıb. Hadisə ilə əlaqədar "RTE" şəbəkə operatoru Böyük Britaniya və İspaniyadan təcili elektrik təchizatı tələb edib.

"Fransa xəbərdarlığı, balanslaşdırma əməliyyatları "Electricite de Strasbourg"-da elektrik çatışmazlığı yaşaya biləcəyini göstərdikdən sonra göndərildi", - mənbə deyib.

İrfan Vəliyev
Milli.Az