İstehlaka yararsız ət və süd məhsulları məhv edildi

12 Sentyabr 2022 11:52

İstehlaka yararsız ət və süd məhsulları məhv edilib.

Milli.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. 

Bildirilib ki, "Qurman Plyus" MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 17234.35 kq müxtəlif növ ət və süd məhsulları "Təmiz Sumqayıt-Kənan" MMC-yə məxsus tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.

Milli.Az