Meyxanaçı Vüqar: "Ərindiyindən bərbərə də getmir, üst-başını da dəyişmir" - VİDEO

12 Sentyabr 2022 17:08

"İndi sənət o qədər ucuzlaşıb ki, tamaşaçı elə bilir ki, gördüyümüz iş çox rahatdır".

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov qonaq olduğu "Özəl" verilişində deyib.

Həmkarlarından söhbət açan söz xiridarı onları xarici görkəmlərinə diqqət yetirmədiklərinə görə tənqid edib.

"Çox yaxşı meyxanaçılar var. Onlar on qat daha artıq işlər görə bilərlər. Amma onları qane edən, tamaşaçının verdiyi qonorar və göstərdiyi münasibətdir.

Ona görə də yatıb-durub, bir az yeyib, yenə də yatıb-dururlar. Hətta bu insanlar mövsüm boyu ərindiklərindən bərbərə də getmir, üst-başlarını da dəyişmirlər. Necə tamaşaçının qarşısına belə rahat çıxmaq olar?!".

Milli.Az