Ukrayna daha 20 yaşayış məntəqəsini azad etdi

12 Sentyabr 2022 09:37

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 20-dən çox yaşayış məntəqəsini azad edib və bu ərazilərə tam nəzarəti bərpa edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu məlumat Ukrayna SQ Baş Qərargahının son saata olan məlumatında yer alır.

Aviasiyanın tətbiqi sayəsində Rusiya ordusunun 1 dayaq məntəqəsi, texnika və canlı qüvvənin 6 cəmləşmə yeri, 1 zenit-raket kompleksi və 1 PUA məhv edilib. Həmçinin 11 raket vurulub.

Milli.Az