"US Open"in qalibi bəlli oldu

12 Sentyabr 2022 08:59

İspaniyalı tennisçi Karlos Alkaras ABŞ "US Open" açıq Böyük Dəbilqə turnirinin finalında norveçli Kasper Rudu məğlub edib

Milli.Az Trend-ə istinadən bildirir ki, K.Alkaras 6:4, 2:6, 7:6 (7:1), 6:3 hesabı ilə qalib gəlib. Görüş 3 saat 22 dəqiqə davam edib

K.Alkaras Peşəkar Tennis Assosiasiyasının (ATP) reytinqində dördüncü, K.Ruud yeddinci yerdədir.

Qələbə sayəsində K.Alkaras reytinqin yeni versiyasında birinci yerə yüksələ biləcək.

Milli.Az