Türkiyədə atışma: 4 azərbaycanlı yaralandı - FOTO

12 Sentyabr 2022 07:21

Türkiyənin İstanbul vilayətinin Sarıyer rayonunda atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışma ticarət mərkəzində yerləşən kafedə olub. Hadisə nəticəsində 6 nəfər yaralanıb.

Bildirilib ki, kafedə oturan iki qrup arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə atışma ilə nəticələnib.

Həkimlər tərəfindən 1-i Türkiyə, 4-ü Azərbaycan və 1-i İran vətəndaşı olmaqla, yaralılara tibbi yardım göstərilərək ətraf xəstəxanalara çatdırılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu öyrənilib.

Milli.Az