“Sabah”ın baş məşqçisinə qırmızı vərəqə

11 Sentyabr 2022 23:37

Misli Premyer Liqasının VI turunun "Qarabağ" - "Sabah" oyununun sonlarında xoşagəlməz hadisə yaşanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Ağdam klubunun lehinə təyin olunan ikinci penalti qonaqların narazılığına səbəb olub.

Aleksey İsayevin hakimdən VAR-a baxmağı tələb etdiyi vaxtda baş məşqçi Murad Musayev də aqressivlik göstərib. Matçın referisi ona qırmızı vərəqə verərək texniki zonadan qovub.

Qeyd edək ki, "Qarabağ" 4:3 hesablı əzmkar qələbə qazanıb.

Milli.Az