Göygöldə yaşlı kişini oğlu və gəlini döydü

11 Sentyabr 2022 22:04

Göygöldə döyülmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ağdağ qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1954-cü il təvəllüdlü Hüseynov Məmmədəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerldirilib.

Xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə M.Hüseynov gəlini və oğlu tərəfindən döyülüb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az