Artıq Luqanska, Donetskə çatırıq - Malomuj

11 Sentyabr 2022 20:04

Ukrayna ordusu Rusiyanın işğal etdiyi bütün əraziləri azad etməyə və 1991-ci il sərhədlərinə çatmağa hazırdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Nikolay Malomuj deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu bunun üçün lazım olan resursları artırıb:

"Biz strateji olaraq Xarkov istiqamətində irəliləyirik, artıq Luqanska, Donetsk vilayətinə çatırıq. Bu, bu gün perspektivdir... Biz müharibənin həllinə çatmağa hazırıq. Ukraynanın sərhədləri 1991-ci ildə beynəlxalq hüquq normalarına uyğun olaraq müəyyən edilib və buna görə də sülhə nail olmağın yeganə yolu rəsmi sərhədlərə qayıtmaqdır".

Milli.Az