Hollivud ulduzu podiumda göz qamaşdırdı - FOTO

11 Sentyabr 2022 15:53

Nyu-Yorkda Moda Həftəsi zamanı "Naeem Khan" brendinin yaz-yay kolleksiyası nümayiş edilib. Şounun əsas ulduzu isə britaniyalı aktrisa Keyt Bekinseyl olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktrisa podiuma dərin yarıqlı gümüşü libasda və parıldayan hündür platforma ayaqqabıda çıxıb.

49 yaşlı aktrisanın gənc görünüşü və gözəlliyi pərəstişkarları tərəfindən yüksək qiymətləndirilib.

Milli.Az