Sabirabadda qadın özünü bıçaqladı

11 Sentyabr 2022 14:56

Sabirabadda qadın bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Sabirabad rayonunun Əsədli kənd sakini, 1971-ci il təvəllüdlü Əhmədova Leyli Əliqulu qızı bıçaqlanma diaqnozu ilə Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Yaxınlarının bildirdiyinə görə, qadın özü-özünə bıçaq xəsarəti yetirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az