Ukrayna bu ərazini də azad etdi

11 Sentyabr 2022 13:08

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində daha bir yaşayış məntəqəsini azad edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

Böyük Knyaz Romanın adını daşıyan 14-cü əlahiddə mexanikləşdirilmiş briqada Çkalovskoyedə Ukrayna bayrağını sancıb.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Artemovka və Vasilenkovo ​​kəndlərini azad edib.

Milli.Az