Anası ilə birlikdə itkin düşən oğlanın meyiti tapıldı

11 Sentyabr 2022 12:44

Tərtər çayında batan Rzayev Qiyas Rasif oğlunun meyiti tapılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, həmin şəxs avqustun 26-da anası Rzayeva Fizzə Kamil qızı ilə birlikdə itkin düşüb.

F.Rzayevanın meyiti Tərtər çayının şəhərdən keçən hissəsində tapılsa da, Q.Rzayevin axtarışları bu günə kimi davam edib.

Yaxınlarının bildirdiyinə görə, Q.Rzayevin meyiti Tərtər çayının rayonun Düyərli kəndindən keçən Qazyan arxında tapılıb.

Milli.Az