Papua Yeni Qvineyada 7,6 ballıq zəlzələ olub, ölənlər var

11 Sentyabr 2022 11:48

Papua Yeni Qvineyanın ucqar hissəsində zəlzələ olub.

Milli.Az report-a istinadən xəbər verir ki, yeraltı təkanların maqnitudasının 7,6 bal olduğu bildirilir.

Təbii fəlakət nəticəsində azı üç nəfər ölüb. Həmçinin xəsarət alanların olduğu deyilir.

Qızıl mədəni Vau şəhərində dağıntılar var.

Milli.Az