Avtobus alışdı, onlarla insan yanaraq öldü

11 Sentyabr 2022 12:12

Meksikanın şimal-şərqindəki Tamaulipas ştatının Syudad-Viktoriya və Monterrey şəhərləri arasında sərnişin avtobusu və tez alışan maddənin olduğu yük maşınının toqquşaraq yanması nəticəsində azı 20 nəfər həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə report xarici mətbuata istinadən xəbər verir.

Qəza nəticəsində hər iki avtomobil tamamilə yanıb, yük maşınının sürücüsü isə hadisə yerindən qaçıb.

Hadisə yerinə yanğınsöndürənlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Qəzanın başvermə səbəbi açıqlanmır.

Milli.Az