Eyfelin işıqlandırılması ilə bağlı yeni qərar verildi

11 Sentyabr 2022 10:28

Paris administrasiyası qış üçün Eyfel qülləsinin işıqlandırılmasının saatlarının azaldılmasını nəzərdə tutan enerjiyə qənaət planı hazırlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Le Journal du Dimanche" qəzeti Fransa polisinin meri Ann İdalqonun planına istinadən xəbər verib.

Sənədə əsasən, əgər indi qüllədəki sonuncu dekorativ işıqlar saat 01.00-da sönürsə, qışda şəhər rəhbərliyi sonuncu ziyarətçilər gedəndən sonra işıqları saat 23.45-də söndürməyi planlaşdırır.

Milli.Az