Almaniyan XİN: “Bizim silahlarımız sayəsində Ukrayna uğur qazanır”

11 Sentyabr 2022 11:40

"Almaniya Ukraynaya hərbi yardım göstərməkdə davam edəcək".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Burbok Kiyevə səfəri zamanı "RTL" və "n-tv" telekanallarına müsahibəsində deyib.

"Ukraynanın şərqinə və cənubuna baxsaq, silah təchizatının nə qədər əhəmiyyətli olduğunu görürük. Xüsusən də bizim silah tədarükümüz sayəsində indi ayrı-ayrı şəhərləri azad etmək mümkün olub. Buna görə də biz növbəti bir neçə ay ərzində silah transferi vasitəsilə dəstəyi saxlamalıyıq"-deyə, nazir bildirib.

Milli.Az