Üç futbolçu "Fənərbağça"dan kənarlaşdırılıb

10 Sentyabr 2022 23:11

Türkiyə "Fənərbağça"sının baş məşqçisi Jorji Jezuş 3 futbolçunu əsas komandadan uzaqlaşdırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, uruqvaylı müdafiəçi Maurisio Lemos, çexiyalı arxa xətt oyunçusu Filip Novak və portuqaliyalı vinger Bruma yeni mövsüm üçün sifariş olunmayıblar.

Legionerlərin İstanbul təmsilçisindən ayrılacaqları gözlənilir.

Klub hər 3 oyunçuya qərarı anlayışla qarşıladıqları üçün təşəkkür edib.

Milli.Az