Salyanda avtomobil təmiri sexi yanıb

10 Sentyabr 2022 21:49

Salyan rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qarabağlı kəndində ümumi sahəsi 270 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) tavanı 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az