Kraliçanın dəfn olunacağı tarix açıqlandı

10 Sentyabr 2022 20:28

Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi sentyabrın 19-da Vestminster abbatlığında keçiriləcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Bukinqem sarayının Tviter səhifəsində məlumat verilib.

Qeyd edək ki, II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Kraliçanın böyük oğlu Böyük Britaniyanın yeni kralı elan edilib.

III Çarlzın noyabrda 74 yaşı tamam olur və Britaniya taxtına çıxan ən yaşlı varisdir.

Milli.Az