Rusiya Luqansk vilayətində 400-ə qədər hərbçi itirdi - Qayday

10 Sentyabr 2022 18:15

Kremennayadakı partlayışlar nəticəsində Rusiya qüvvələri 400-ə qədər şəxsi heyətini və 100-ə yaxın ağır texnikasını itirib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

"Partlayışlar Kremennaya, "Bavovna" bir neçə yerdə - komanda məntəqələrində, kazarmalarda, texnikanın təmiri və saxlanması üçün bazalarda və başqa istiqamətlərə köçürülən texnikanın yığıldığı məkanlarda baş verib", - Qayday bildirib.

Milli.Az