Ermənilər Laçındakı qəbiristanlığı talan ediblər - Qəbirlər qazılıb, qızıl dişlər çıxarılıb - VİDEO

10 Sentyabr 2022 14:52

Məşhur fotojurnalist Reza Deqati Azərbaycanın nəzarətinə keçən Laçın şəhərində olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Reza Deqati Laçında ermənilərin azərbaycanlıların qəbirlərini təhqir etməsini, onların şəhərdə yandırdıqları evləri, meşələri və qəbiristanlıqları lentə alıb.

R.Deqati bildirib ki, buradakı məzar daşları qazılaraq çıxarılıb və oğurlanıb. Qəbirlər təhqir edilib, məzarların içərisi qazılaraq insanların sümükləri çıxarılıb. Buradakı azərbaycanlıların qəbirləri qazılıb və onların qızıl dişləri çıxarılıb.

Ermənilər burada mərmərdən olan məzar daşlarını söküb aparıb, bəzi qəbirləri isə qarət məqsədilə dağıdıblar. Məşhur fotoqraf xüsusi  vurğulayıb ki, ermənilər qəbirlərdən sökdükləri mərmərləri Qarabağ mərməri adı altında satışa çıxarıblar.

Laçın şəhər sakini Nəzakət Salmanova deyib ki, ermənilərin belə vəhşilikləri onların hansı təfəkkürdə olduqlarını göstərir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az