Çənəsi sınan aktyor tanınmaz hala düşdü - FOTO

10 Sentyabr 2022 14:22

Hollivud ulduzu Zak Efronun başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor sosial şəbəkələrdə yayılan görüntülərdən sonra üzündəki ciddi dəyişikliklərə səbəb olan hadisəni danışıb.

O bildirib ki, evində qaçarkən yıxılaraq başını fontana vurub və huşunu itirib. Ayıldıqdan sonra isə çənə sümüyünün sallandığını görüb.

Aktyor zədədən sonra üz əzələlərinin həqiqətən böyüdüyünü və buna görə də terapevt yanına getdiyini deyib.

Zakın son halını görən istifadəçilər onu tanımaqda çətinlik çəkdiyini bildiriblər.

Milli.Az