Müğənni 2 saata 255 min manat qazandı

10 Sentyabr 2022 13:52

Türkiyəli müğənni Kənan Doğulunun Zəfər Bayramının 100 illiyi münasibətilə Beşiktaş Bələdiyyəsinin təşkil etdiyi konsert üçün aldığı məvacib ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 2 saatlıq ifasına görə 150 min dollar (təxminən 255 min manat) qazanıb.

Həmkarı Tarkan isə İzmirin Qurtuluşunun 100 illiyinə həsr olunan konsertdə ifa etmək üçün məvacib tələb etməyib.

Milli.Az