Hadisədən hamiləlik iddialarına cavab

10 Sentyabr 2022 18:45

Türkiyəli müğənni Hadisəylə həyat yoldaşı Mehmet Dinçerlerin ayrılıb, ayrı evlərdə yaşadıqlarıyla bağlı xəbərlərdən sonra daha bir iddia ortaya çıxıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Söylemezsem olmaz" verilişini aparıcısı Bircan Bali sənətçinin 3.5 aylıq hamilə olduğunu söyləyib.

Hadisə isə sosial şəbəkədə paylaşım edərək, xəbərlərin yalan olduğunu bildirib.

Milli.Az